![](https://www.aznews.tv/wp-content/uploads/2022/06/ulduzlu-milli-f-al-h-bs-v-allaq-c-zas-na-m-hkum-780x470.jpg)
Qərar Sulduz Cəza Məhkəməsinin 101-ci bölməsi tərəfindən İsmətzadənin Saxsıtəpə kəndində baş verən hadisə barədə sosial mediada video paylaşdığına görə verilib.
Qeyd edək ki, Höccət İsmətzadə 2021-ci il sentyabrn 4-də “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.
Ancaq sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağllı məlumat yayması olub.