İran

Süleymaninin Səlcuqlarla bağlı çıxışının videosu yayılıb

“Sepah”ın keçmiş fərmandehi Qasım Süleymaninin səlcuqlarla bağlı çıxışının görüntüləri yayılıb. Belə ki, o, çıxışında “İranın yeddi yüz ili tarixsizdir. Qeyri-iranlılar səlcuqlular kimi gəldilər və İranı idarə etdilər” fikirlərini səsləndirib. Görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. Belə ki, Süleymaninin “səlcuqlar kimi gəldilər” ifadəsi bir sıra məsələləri yenidən gündəmə gətirib. Sual yaranır: “Oğuz türkmənləri olan səlcuqlular, habelə onların davamçıları olan Ağqoyunlu, Qaraqoyunlu, Qızılbaş,Səfəvi, Əfşar və Qacarlar iranlılardan ibarət deyilsə, bəs “İranın tarixi” anlayışı doğrudurmu?”
Bir məqamı da vurğulayaq ki, Ermənistan-Azərbaycan birinci Qarabağ savaşında da Süleymani sırf erməniləri dəstəklədi. Belə ki, Ermənistanda qurulan ilk PKK düşərgələri də “Sepah” tərəfindən Qasım Süleymaninin fəaliyyəti dövründə təşkil qurulub. İranın bu paradoksal siyasəti və din ilə insanları idarə etməsi isə sözsüz ki, qeyri-səmimi görünür.

Related Articles

Bir cavab yazın

Back to top button