az

Süngün Mis Yatağından gündəlik 2 milyon dolarlıq konsantrə Azərbaycandan dışarı daşınır.

Təbrizin, Azərşəhr və Üskünün İslami Şura Məclisində nümayəndəsi Əhməd Əlirza Beygi bu barədə deyib: “Süngün mis Yatağından hər bir tonu 10 min dolar olmaqla, illik 320 min ton konsantrə və şümş satılır.

Təbrizin, Azərşəhr və Üskünün İslami Şura Məclisində nümayəndəsi Əhməd Əlirza Beygi bu barədə deyib: “Süngün mis Yatağından hər bir tonu 10 min dolar olmaqla, illik 320 min ton konsantrə və şümş satılır. Başqa sözlə gündəlik 2 milyon dolarlıq konsantrə Azərbaycandan dışarı daşınır. Biz, Süngün Mis Yatağında xam satış edilməsinin qarşısını almağa, eləcə son məhsulun elə burda gəlişdirilib tolid olunmasına bütün göcümüzlə çalışmışıq. Onuncu Dövlətdə molibden tolid xəttini oluşdurduq, amma belə görünür ki, sonra diqqət çəkən heç bir iş görülməyib və bizim yataqların bütün maddələri ancaq başqa yerlərə daşınır.”
Beygi habelə deyib: “Sənaye, Mədən və Ticarət Baxanlığı, o vaxt, Süngünün zəxirəsinin 400 milyon ton olduğunu bildirib iddia etmişdir ki, mislə bağlı sənayenin salınması iqtisadi baxımdan sərf etmir və ona görə də həmin xəttin salınması imkansızdı. Hal hazırda isə edilmiş yeni iktişaflara əsasən Süngünün mis zəxirəsi 2 milayr tondan da artıqdır, və əslində bu yatağın zəxirəsi 5 qatdır. Mislə bağlı sənayenin salınmasına maraq olmadığı üçün nəhayi əritmə və katod məhsulu üzrə münaqisə hər il keçirilir, amma əmd qüsurlar törədilib nəzartə qurumlarına bildirilməklə münaqisənin icrasına mane olurlar. Ona görə də nəzarət qurumu sonuncu münaqisəyə də müdaxilə edib onun icrasının qarşısını alıb. Hər halda çalışdıq ki, Milli Mis Şirkətini bu mövzuya çəkək ki, gəlirlərinin bir qismətini Doğu Azərbaycana sərf etsin. Qərara alınıb ki, hardasa 2 min 500 milyar tümən Əyalətin bankalarına sərmayə yatırımı olunsun. Amma bu rəqəmin özü də Əyalətdən çıxan sərmayə qarsışında çox azdır. Milli Mis Şirkətinin banklarda sərmayə yetırımı etmiş 23 min milyar tümən nağdlığı var, bu iri rəqəmdə məbləğin banklarda yatırılıb qalmasına heç bir səbəb yox və başa düşülən deyil və mis sənətinin gəlişdirilməsinə sərf olunmalıdır.”.

Related Articles

Bir cavab yazın

Back to top button