Dünyaİran

Suriya ABŞ və İran arasında döyüş meydanına çevrilmək istəmir

Qəzzada müharibənin ikinci ayına daxil olunduğu bir vaxtda onun bütün regiona yayıla biləcəyi ilə bağlı narahatlıqlar artır.

Bu narahatlıqlar, xüsusilə iranpərəst qrupların Amerikanın hərbi obyektlərinə hücumlarını artırdığı İraq və Suriyada kəskindir. Oktyabrın 17-dən noyabrın 21-dək ABŞ-nin İraq və Suriyadakı bazalarına 70 dəfə hücum edilib. Hücumların əksəriyyətini İraqda “İranyönlü İslam Müqaviməti” hərəkatı həyata keçirib. Nəticədə 60 ABŞ hərbçisi yaralanıb.

Pentaqonun Suriyadakı ən etibarlı müttəfiqlərindən biri hesab edilən Suriya Demokratik Qüvvələrinin (SDQ) komandiri Mazlum Abdi “Al Monitor” nəşrinə müsahibəsində deyib ki, onun xalqı Suriyanın İran və Birləşmiş Ştatlar arasında mübarizə meydanına çevrilməsini istəmir. Onun sözlərinə görə, İranın dəstəklədiyi qruplar SDQ hərbi mövqelərinə hücum etməyə başlayıb.

Abdi əlavə edib: “Fələstin və kürd problemlərinin ədalətli və davamlı həllinə nail olunmaması Yaxın Şərqdə qeyri-sabitliyin ən böyük mənbəyi olaraq qalır”.

O, xəbərdarlıq edib ki, İsrailin güclü silah taktikası ekstremist zorakılığın yeni mərhələsinə səbəb olacaq və Fələstinin şikayətlərindən istifadə etməyə çalışan yeni terror təşkilatlarının yaranmasına təkan verəcək. Mazlum Abdi hesab edir ki, SDQ İŞİD-yə qarşı uğurlu mübarizəsi ilə sübut edib ki, bu cür qruplarla mübarizədə ən güclü qüvvədir.

SDQ 2015-ci ildə Suriyada ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə yaradılan hərbi ittifaqdır. Alyansın əsasını Suriyanın şimal-şərqində fəaliyyət göstərən kürd terror təşkilatı YPG təşkil edir.

#Suriya

Related Articles

Bir cavab yazın

Back to top button