
Ermənistan KİV-in xəbərinə görə, bu barədə Avropa İttifaqının yüksəkrütbəli məmurlarından biri məlumat verib.
İrəvan birinci görüşün (mayın 14-də – red.) Fransa Prezidenti Emmanuel Makron olmadan keçirilməsinə razılaşıb. Lakin təxminən iki həftədən sonra (iyunun 1-də – red.) müzakirələr Fransa prezidenti və Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə davam etdiriləcək.
Tərəflər Brüsseldə üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.