İran

Suriyada İranın gizli raket anbarı üzə çıxdı

İsrailin "ALMA" Araşdırma Mərkəzi Suriyanın Palmira şəhərinin şimal-şərqində yerləşən Məhəmməd bin Əli dağında İrana bağlı güclü hərbi bazanın olması ilə bağlı məlumat yayıb.

“Aznews tv” xəbər verir ki, “ALMA” Araşdırma Mərkəzinin bildirdiyinə görə, sözügedən gizli bazada “yer-yer tipli, orta mənzilli və uzaq mənzilli” raketlər saxlanılır.

Mərkəzdən habelə bildirilib ki, sözügedən bazada saxlanılan orta mənzilli raketlərə əsasən 300-500 kilometr mənzilli “Fateh-110”, “Şəhab-1” və “Şəhab-2” raketləri daxildir.

Burada saxlanılan uzaq mənzilli raketlərə isə Rusiya istehsalı və sadəcə İran, Rusiya və Hizbullahda olan “Scud-D” və “Fateh-110″nun yeni versiyası hesab edilən 750 kilometr mənzilli “Zülfüqar” raketləri aid ola bilər.

“Fateh-110” (M-600) raketi Livan Hizbullahının 2014-cü ildə İrandan əldə etdiyi ən mühüm orta mənzilli raket kompleksidir.

Related Articles

Bir cavab yazın

Back to top button