Dünya

Paşinyan Ermənistanın məğlub olmasının səbəblərindən danışıb

Ermənistanın baş vəziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə savaşda erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır. Bu barədə Paşinyan Ermənistanın “İctimai” televiziyonuna müsahibəsində bildirib. “Savaş ilə bağlı bütün gerçəkliyi ortaya qoymağı özümə borc bilirəm. İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o, qeyd edib. Paşinyan eləcə də, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib. “Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu savaş ilə bağlı bütün gerçəkliklər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Özəl adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə ilgisi olan insanlar var”,-deyə vəzir bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button