Azərbaycan

Şuşada 20 Yanvar faciəsinin qurbanları anılıb

Şuşa şəhərində Azərbaycan Ordusunun nizami qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə Azərbaycan Cümhuriyyətinin Difa Vəzirliyi bilgi yayıb. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Cümhuriyyətinin Dövlət marşı ifa olunub. 20 Yanvar faciəsinin tarixi önəmindən danışılıb. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Cümhuriyyəti Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Fərmandehi İlham Əliyevin gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması yönündə həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button