İran

Tehranda binalarin tikintisi zamanı tələblərə əməl edilməyib

Tehranın Şəhər Şurasının Şəhərsalma və Memarlıq Komisionun rəisi Məhəmməd Salari paytaxtda yerləşən 333 mərizxanadan 110-nun təhlükəli durumda olduğunu açıqlayıb. Onun sözlərinə görə, 33 min bina qismən təhlükəli və riskli olmaqla iki qrupa bölünür. 12 min 500 tikili, 15 mərizxana, 36 mədrəsə, 6 vizarətxana, 9 danişqah, 66 göydələn, 30 yanğınsöndürmə istqahı, 1 nəft anbarı və 2 benzin doldurma məntəqəsi qapalı yarğanların olduğu bölgələrdə tikilib. Məlumata görə, Salari dey ayının 30-da “Güvənilən Tikili, Arxayın Şəhər” kəmpeyninin açılış mərasimində çıxış edib. O, Plasko tikilisində baş verən olayda ölənləri anıb. Bildirib ki, Tehranda və başqa şəhərlərdə müşküllərin əsas səbəbi diqqətsizlikdir. Binaların tikintisi zamanı yerin durumu, ekoloji və təbii şəraiti nəzərə alınmır. Salarinin sözlərinə görə, hazırda tikilməkdə olan binaların əmniyyət müqərrəratını riayət olunur. Ancaq köhnə binaların tikintisi zamanı bu məsələlər nəzərə alınmayıb. O, şəhər binalarının əmniyyəti ilə bağlı bütöv bir qanunun olmadığını vurğulayıb. Salari dövlət və İslami Şura Məclisi tərəfindən belə bir qanunun hazırlanmasının vacibliyini diqqət çəkib.

 

Related Articles

Bir cavab yazın

Back to top button