İran

Təbriz qeydiyyat idarəsi Ozan adlı azyaşlıya şəxsiyyət vəsiqəsi verib

İranın Səbt Əhval Baş idarəsi azərbaycanlı ailənin övladına Ozan adı ilə kimlik vəsiqəsi verməyə razılaşıb. Şəbistərin Nadarlı kəndindən olan və Təbriz şəhərində yaşayan ailə günlərlə davam edən mübarizədən sonra istəklərinə çatdıqlarını vurğulayıblar. Bildirək ki, daha öncə Təbriz Qeydiyyat İdarəsinin məsulları uşağın atası Araz Soltaniyə Ozan adının təyid edilən listədə yer almadığını bildiriblər. Bu səbəblə də kimlik vəsiqəsi verməkdən boyun qaçırıblar. Məsullar eləcə də sözügedən adın oxunuş probleminin olduğunu, bəzilərinin bu adı Əzan və ya Uzan kimi tələffüz edə biləcəyi bəhanəsini səsləndiriblər. Araz Soltani “Sizin tələffüzünüz və oxumağınız mənim üçün önəmli deyil!” deyə məsullara cavab verib. Bildirək ki, İranın Dövlət Qeydiyyat Baş İdarəsi ölkənin Fars Dili Fərhəngistanı ilə birlikdə yeni doğulan körpələr üçün adlar listəsi hazırlayıb. Beləliklə, ailələr övladlarının adlarını bu listədən seçməyə məcbur edilirlər. Vurğulayaq ki, listədə məhdud sayda türk mənşəli adlara yer verilib.

Related Articles

Bir cavab yazın

Back to top button