
Bu barədə Şərqi Azərbaycan əyalətinin polis qüvvələrinin rəisi Əli Məhəmmədi açıqlama verib.
Onun sözlərinə görə, günorta saatlarında keçirilən əməliyyat nəticəsində iki girov azad edilib, 3 nəfər girov götürən isə saxlanılıb. Məhəmmədi həbs edilən şəxslərdən odlu silahların aşkarlanaraq götürüldüyünü bildirib.
Girov götürən və götürülənlərin kimliyi və hadisənin səbəbləri barədə əlavə açıqlama verilməyib.