Azərbaycan

Təbrizdə Koroğlu tamaşası səhnəyə çıxarılıb

Güney azərbaycanlı rejissor Yaqub Siddiq Camali media nümayəndələrinə verdiyi müsahibədə pandemiya məhdudiyyətləri zamanı bir çox yerlərin fəaliyyət göstərməsinə baxmayaraq, tehatrın fəaliyyətinə qadaa qoyulduğundan gileylənib

20 il öncə Beynəlxalq “İran Zəmin Teatr Festivalı”nda ən yaxşı tamaşa kimi seçilən türk dilində “Koroğlu” tamaşası 27 yanvardan etibarən Təbrizin “29 Bəhmən Mədəniyət və İncəsənət Mərkəzi”nin İqbal Azər salonunda yenidən səhnəyə çıxarılıb.

Güney azərbaycanlı rejissor Yaqub Siddiq Camali media nümayəndələrinə verdiyi müsahibədə pandemiya məhdudiyyətləri zamanı bir çox yerlərin fəaliyyət göstərməsinə baxmayaraq, tehatrın fəaliyyətinə qadaa qoyulduğundan gileylənib.

“pandemiya dönəmində restoranlar kimi izdihamlı sektorlar sağlamlıq protokollarına riayət edərək fəaliyyətə başladılar. Bu müddətdə fəaliyyətə davam edə bilməyən tək sektor nümayişlər və konsertlər oldu. Yəni, bir sənətkar digər sektorlar qədər iş yerinin sağlamlıq protokollarına riayət edə bilməyəcəkmi?”-deyə, rejissor bildirib.

Qeyd edək ki, 200 nəfərin səhnə və səhnə arxasında əməyi nəticəsində baş tutan tamaşa bundan öncə başda Təbriz olmaqla İranın Tehran və Əhvaz kimi başqa şəhərlərində də nümayiş etdirilmişdi. Daha sonra isə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında və Türkiyə Cümhuriyyətində də səhnəyə qoyulub.

Related Articles

Bir cavab yazın

Back to top button