İran

Təbrizdə qəbiristanlıqlara giriş qadağan edilib

Təbrizdə koronavirusdan ölənlərin sayı kəskin artıb. Ötən ilin dey ayından bəri ilk dəfədir bu qədər ölüm sayı çoxalıb. Bu sözləri Təbriz Şəhrdarlığına bağlı Qəbristanlıqlar Qurumunun başçısı deyib. Farrux Cəlali əhalini kütləvi toplaşmalardan çəkinməyə çağırıb. Bildirib ki, şəhərdəki qəbiristanlıqların kütləvi toplaşma yeri olduğuna görə bağlanmasına qərar verilib. Qurum məsulunun sözlərinə görə, koronavirusdan ölüm sayının artması Təbrizin Rəhmət Vadisini də yoluxma məkanlarından birinə çevirib. Buna görə də yas, qırx və başqa mərasimlər ləğv edilib. Dəfn mərasimində yalnız “hərəkət kartı” verilən birinci dərəcəli qohumlar iştirak edə biləcək

Related Articles

Bir cavab yazın

Back to top button