İran

Təbrizin millət vəkili: “İranda milli və etnik dillərdə tədris edilməlidir”

“Təhsil Nazirliyi yeni təhsil ilindən hər bölgənin durumuna uyğun həftədə iki saat yerli və etnik dillərin tədrisi üçün tədbir görməlidir”-deyə, Monadi bildirib.

Təbriz şəhərinin İran parlamentindəki təmsilçisi və parlamentin Təhsil, Tədqiqat və Texnologiyalar Komissiyasının başçısı Əlirza Monadi yerli və etnik dillərin 7-10-cu siniflərdə tədris olunmalı olduğunu vurğulayıb.

“Təhsil Nazirliyi yeni təhsil ilindən hər bölgənin durumuna uyğun həftədə iki saat yerli və etnik dillərin tədrisi üçün tədbir görməlidir”-deyə, Monadi bildirib.

“Azad İran” Telegram kanalı xəbər verir ki, onun verdiyi açıqlamadan sonra gerçəkləşəcəyi halda belə qeyri-fars dillərdə təhsilin məhdud şəkildə aparılacağı müşahidə olunur.

“Bu planın digər bəndi isə odur ki, Təhsil Nazirliyinin Elmi-Tədqiqat və Kurikubölgədən bölgələrdən ekspertlərin iştirakı ilə və tematik olaraq etnik və yerli dilli ədəbiyyat üçün maarifləndirici materialamağa borcludur.

Qeyd olunan kitab və materialların əlifbası farsca olmalıdır və fars əlifbasından başqa əlifbaların istifadəsi qadağa olacaq”-deyə, millət vəkili qeyd edib.

Millət vəkili təsdiq edilmiş plana uyğun olaraq hər bir bölgənin etnik və yerli dillərinin fərqləndirilməsi üçün arayışın Fars Dili və Ədəbiyyatı Akademiyası, Tədqiqat və Kurikulum Planlaşdırma Təşkilatı tərəfindən veriləcəyini söyləyib.

Xatırladaq edək ki, Güney Azərbaycan məktəblərində tədrisin ana dilində aparılmasının tərəfdarları noyabrın əvvəlində parlamentin təhsil komissiyasının sədri Əlirza Monadiyə məktubla müraciət ediblər

Related Articles

Bir cavab yazın

Back to top button