Azərbaycan

Mehriban Əliyeva dünya birliyinə çağırış edib

Azərbaycanın Birinci prezident müavini Mehriban Əliyeva “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir:
“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edirlər. Bu, insani atəşkəs rejiminin, habelə 1949-cu il Jenev konvansiyonlarının kobud şəkildə pozulması deməkdir.
Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib.
Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) vəfat edib, 34 nəfər yaralanıb, çoxsaylı yerli məkanlar ciddi ziyan vurulub.
Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. İnsani atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan cümhurisinin bir sıra şəhristanlarına 548 mərmi atılıb.
Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə əhaliyə hücum edir.
Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram.
Beynəlxalq təşkilatlar, hüquq difa qüvvələri, informasiya vasitələri Azərbaycanın əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər.
İrəvan beynəlxalq konvansiyonlara, habelə Birləşmiş Millətlər Təşkilatı əmniyyət Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır.
Avropada əmniyyət və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskoda əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan güney Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir.
Əziz həmvətənlər!
Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah ölənlərə rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!”

Related Articles

Bir cavab yazın

Back to top button