İran

“TƏQAÜDÇÜLƏR YOXSULLUQ İÇİNDƏDİRLƏR”

Şərqi Azərbaycan ustanının Baznişəstələr Birliyinin müavini Kərim Sadıqzadə Təbrizi, “Baznişəstələrin yüzdə 85-nin yoxsulluq həddindən də aşağı həddə yaşadığı halda, məs`ullar baznişəstələrin yaşayış həddi barədə ciddi düşünməlidirlər, ancaq boş sözlər və vədlərlə heç bir məsələ öz həllini tapmayacaq. Mən Şərqi Azərbaycanın ustanının 184 min baznişəstə fəhləsinin nümayəndəsi olaraq, Məclis üzvlərini aylıqların artırılması haqqında qanunun dəqiq icrası ilə bağlı məsələ qaldırmağa və buna nail olmağa çağırıram”, – deyə bildirib.

İndiki təvərrüm həddi və camiədəki iqtisadi həqiqətləri nəzərə alaraq, fəhlələrin və baznişəstələrin yaşayış çətinliklərinin hələ də davam etdiyini vurğulayan Sadiqzadə, “baznişəstələrin boş süfrələri əsla ölkəyə baş ucalığı gətirmir”, – deyə əlavə edib.

Onun sözlərinə görə, baznişəstələr İctimai Təmin Təşkilatından əməli iş gözləyirlər, onların dərdlərini sözdə bölüşməyi deyil. Bu təşkilat 30 illik zəhmət və xidmətdən sonra baznişəstə olmuş əhalinin bu qrupunun çətinliklərinin həlli üçün ciddi tədbirlər görməli və layiqli xidmət göstərməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button