az

Güneyli Babək Azəroğlu: Müstəqillik gününü Bakıda qeyd etdim

Hər il müstəqillik günü ilə bağlı Norveçdə müxtəlif tədbirlər düzənlənir. Norveçdə yaşayan Azərbaycan diasporu Vətənimizin qan yaddaşı ilə bağlı günlərdə və dövlət bayramlarında hər zaman bir araya gəlir və bu təqvimləri təntənə ilə qeyd edir. Bu il isə milli dövlət bayramımızı Bakıda qeyd etdim.

Bu fikirləri Güney azərbaycanlı mühacir, Norveç Krallığında Azərbaycan diasporunun fəal üzvü Babək Azəroğlu deyib.

O qeyd edib ki, Bakıda 28 May günü xüsusi qeyd edilir. Hər tərəf milli bayraqlarla bəzədilir. Əlavə olaraq dövlət tədbirləri keçirilir. Şəhər sanki bayram libasına bürünür: “28 May Azərbaycan tarixində xüsusi önəm daşıyan gündür. Bu tarixdə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır.  Artıq 105-ci ilini qeyd etdiyimiz bu təqvim günündə Azərbaycanı müstəqil, güclü dövlət kimi görmək hər birimizi sevindirir. Başda qurucu babalarımız olmaqla hər birinin ruhu şad olsun” –deyə B.Azəroğlu bildirib.

Diaspor nümayəndəsi əlavə edib ki, bu il Azərbaycanda həm də dahi dövlət xadimi Heydər Əliyevin 100 illiyi qeyd olunur. Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətləri vardır. Biz Güney azərbaycanlı fəallar hər zaman onun böyük şəxsiyyət olduğunu, ölkəsi üçün böyük fədakarlıqlar göstərdiyini qeyd edirik. Artıq bir neçə tədbirdə iştirak etmək üçün dəvət almışam. Hesab edirəm ki, Bakıya budəfəki səfərim olduqca yerinə düşüb və mən Norveçə gözəl təəssüratlarla qayıdacağam.

Anar ƏLİ,
“Xalq qəzeti”

Related Articles

Bir cavab yazın

Back to top button