Azərbaycan

İlham Əliyevin İranın hərbi təhdidi ilə bağlı çıxışı beynəlxalq mediada əks olunub

Nüfuzlu "Ələrəbiyyə" xəbər agentliyi bu barədə material dərc edib

İranlıların İslam Respublikası rejimini devirmək üçün ümummilli qiyamının yayılması ilə eyni vaxtda ölkədə etiraz aksiyası keçirən xalqın qanlı şəkildə yatırılması ilə yanaşı, İnqilab Keşikçiləri Korpusunun komandirləri qonşuları müharibə ilə hədələyərək gərginliyi artırmağa, daxili repressiyaları ört-basdır etməyə çalışırlar.

“İran hərbi qüvvələrinin bu ölkənin şimal sərhədlərində yerləşdirilməsi və Azərbaycan Respublikası ərazisi yaxınlığında hərbi təlimlərin keçirilməsinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxışı zamanı Ölkəsinin “Qarabağ” bölgəsi üzərində Ermənistanla müharibədə qələbə çalmasına işarə edib və İslam Respublikasının rəsmilərinə müraciət eddərək bildirib ki, Azərbaycan heç kimdən qorxmur”,-deyə, Ələrəbiyyə yazıb.

Noyabrın 8-də İlham Əliyev İranın hətta Ermənistanı dəstəkləmək üçün Azərbaycanla müharibəyə getməyə hazır olduğunu eyham edib və erməni xalqına müraciət edib: “Heç kim sizin üçün döyüşməyəcək, amma döyüşsələr belə, Azərbaycan ordusu ilə üz-üzə gələcəklər”.

Son həftələr İranın müxtəlif şəhərlərində İslam Respublikası rejiminə qarşı etirazlar davam edir. Eyni zamanda qeyri-rəsmi xəbərlər də bildirilir ki, İran gərginliyi artıraraq, öz hüdudlarından kənarda və qonşu ölkələrlə hərbi qarşıdurmada müharibəy vəziyyətiyaratmaqla ölkə daxilində baş qaldıran hökumət əleyhinə üsyanı marginallaşdırmaq niyyətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button