Azərbaycan

Təbriz və Qəzvində təqaüdçülərin həftəlik etiraz aksiyası keçirilib

Mayın 29-da səhər saatlarında təqaüdçülərin Təbriz və Qəzvin şəhərlərindən başlayan etiraz aksiyaları başqa şəhərlərdə də davam etdirilib.

Təbriz və Qəzvində Əmək və Sosial Rifah İdarəsinin qarşısına toplaşan etirazçılar müxtəlif şüarlar səsləndirib, hökumətin onların problemlərinə laqeyd yanaşdığını deyiblər.

Onlar maaş və pensiyaların aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər.

Qeyd edək ki, bu cari ildə təqüdçülərin çox saylı aksiyalarının davamıdır və güney Azərbaycan şəhərləri ilə yanaşı İranın onlarla şəhərində, o cümlədən oxşar istəklərlə etiraz aksiyaları keçirilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button