Dünya

Türkiyə ordusu şəhid verdi

İraqın şimalında terrorçularla qarşıdurma nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilən Türkiyə ordusunun əsgəri dünyasını dəyişib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbr diləyirik”, – açıqlamada deyilir.

Xatırladaq ki, hadisə mayın 27-də “Pəncə-Kilit” şərti adı altında başladılan növbəti antiterror əməliyyatlarının aparıldığı bölgədə baş verib. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button