İran

Təbrizdə 2 mordad etirazlarında tutulanların sayı artıb

Azərbaycanlı milli və mədəni fəalları Rza Şəhrivər və Məhəmməd Kazeminin mordadın 3-də əmniyət gücləri tərəfindən evlərində tutulduqları bildirilir.

Azərbaycanlı fəalların harada olduğu və həbs qərarı ilə bağlı dəqiq bilgi hələ yoxdur.

Ələhvaz ərəblərinin tələblərinə dəstək olaraq və Azərbaycan xalqına qarşı sistematik ayrı-seçkiliyə qarşı Təbrizdə keçirilən küçə etirazları ilə eyni vaxtda, Azərbaycanın müxtəlif şəhərlərində sərt əmniyət tədbirləri və Təbrizlə yanaşı bir sıra şəhərlərdə çoxsaylı həbslər olub.

Təkcə Təbriz şəhərində tutulanların sayı 150 -dən çox olub, Abbas Lisaninin Teleqram səhifəsi yalnız tutulanların adlarını bəlli edə bilib: Ulduz Qasemi, Məhəmməd Mahmudi, Siamək Kuşi, Kərim İsmayılzadə, Pərviz Siabi Qorcani, Nader Sadeqian, Yusif Sələhşuur, Məhəmməd Mərdi, Davud Rəhimi, Şahin Bərzegər, Əmir Səttari, Vəhid Əbhəri , Müctaba Əbdüli və Şəhruz Bərzegər, Saleh İkrami və Babək Rzayi Təbriz, Ərdəbil və Tehranda tutulublar.

Related Articles

Bir cavab yazın

Back to top button