İran

Təbrizdə azərbaycanlı məhbuslar dəstəklənib: Divarlara “Bir-bir tutulsaq da milyon-milyon artacağıq” şüarları yazıldı

Təbriz şəhərində bir qrup azərbaycanlı mədəni fəal çoxsaylı qrafitilər yazaraq azərbaycanlı fəalların tutulmasına etiraz ediblər.

Təbrizdə 2 mordad etirazı ilə bağlı tutulan fəallar dəstəklənib.

Şəhər küçələrinin divarlarına tutulanların təsvirəri həkk olunmuş qrafitlər vurulub, müxtəlif şüarlar yazılıb.

“Bir-bir tutulsaq da milyon-milyon artacağıq” məzmunlu şüarlarla diqqət milli-mədəni fəalların həbsinə çəkilib, İran hökuməti uyarılıb.

Bildirək ki, mordadın 2-i, axşam saatlarında Güney Azərbaycanın bir sıra şəhərlərində, özəlliklə Təbrizdə Əhvaz etirazçılarına dəstək mitinqi keçirilib. Narazılar Güney Azərbaycan bölgələrində yaşanan çətinliklərə və hakimiyyətin laqeydliyinə də etiraz ediblər.

Müxtəlif şəhərlərdə çox sayda milli-mədəni fəal tutulub. Onlardan bəziləri Təbriz zindanına aparılıb və bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad olunub.

Təbriz zindanında tutulan bəzi fəalların bildirdiyinə görə, 2 mordad etirazlarından öncə, mitinq günü və ondan sonrakı günlərdə tutulanların sayı təxminən 150 nəfərdir.

Onlardan bəziləri girov qarşılığında məhkəməyə qədər azadlığa buraxılıb. Ancaq həbsdə olanların bir çoxunun barəsində bilgi yoxdur.
İttilaat İdarəsi tutulan fəalların ailələrinə xəbərdarlıq edib ki, onların həbsi barədə cəmiyyətə və mətbuata məlumat ötürülməsin.
Ona görə, bir çox fəalların yaxınları fəallar haqqında bilgi verməkdən çəkinir, onların azadlığa buraxılacağına ümid edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button