Dünya

Türkiyədə eyni ərazidə 3 dəfə zəlzələ olub

“ANT”nin “Habertürk”ə istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Ajansı bildirib.
Məlumata görə, yeraltı titrəyişlərin hər üçü Muğla əyalətinin Datça bölgəsində qeydə alınıb. Birinci zəlzələ yerli vaxtla saat 22:57-də 4,2 rişter gücündə baş verib. Zəlzələ ocağı 31,9 kilometr dərinlikdə yerləşib.
Bu yeraltı titrəyişdən sonra saat 23:42-də 4,4 rişter gücündə ikinci zəlzələ qeydə alınıb. Fövqəladə Halların İdarə Olunması Ajansının yaydığı məlumata görə, zəlzələ ocağı 22 kilometr dərinlikdə yerləşib.
Ən güclü zəlzələ saat 04:39-da 4,9 rişter gücündə baş verib. Zəlzələ ocağı 16,3 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button