İran

Təbrizdə divar yazıları ilə Yaşar Piriyə dəstək verilib

Təbriz şəhərində milli-mədəni fəal Yaşar Piriyə dəstək məqsədilə divarlara şüarlar yazılıb. “Mən dilim ilə yaşaram” məzmunlu dəstək şüarları Təbriz şəhərinin bir sıra küçələrinin divarlarında əks olunub.
Qeyd edək ki, Təbrizin Azad Danişqahının hüquq ixtisası üzrə məzunu Yaşar Piri fevriyyənin 21-də əmniyyət məmurları tərəfindən tutuqlanıb. O, həbs edilərkən fiziki zorakılığa məruz qalıb. Aldığı xəsarətlərdən sağlamlığı ağırlaşan fəal Təbrizin İmam Riza Mərizxanasına yerləşdirilib. Xəbər verdiyimiz kimi mədəni fəalın ailə üzvləri onun durumu ilə ilgili məlumat veriblər. Açıqlamalara əsasən, Yaşar Pirinin ciyərləri və böyrəkləri ciddi zədə alıb. Böyrəkləri dializ olunsa belə, durumu daha da ağırlaşan fəala böyrəkköçürmə əməliyyatı olunacağı bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button