İran

İsrail rəsmisi İranı ekoloji terrorda günahlandırıb

İsrailin Çevrə vəziri Gila Qamliel İranı çevrə terrorunda və İsrail sahillərini çirkləndirməkdə günahlandırıb. Onun sözlərinə görə, ölkəsi İsrail sahillərində Meditəranə dənizi sularında böyük neft dağılmasına səbəb olan bir tankerin İrandan hərəkət etdiyini açıqlayıb. Bildirilib ki, bu tanker İrandan nəftini yükləyərək Xəlicdən yola çıxıb. Gəmi fevriyyənin 1-də gecə saatlarında Suez boğazından keçərək İsrail sahillərinə yaxınlaşdıqdan sonra radarı söndürüb. Belə ki, gəmi nəfti suya boşaltdıqdan sonra Suriya sahillərinə yaxınlaşaraq, yenidən radarı işə salıb.
İsrail vəziri deyib ki, bu olay dəniz cinayəti yox, çevrə terrorudur. Habelə bu olayı təsdiqləmək üçün İsrailin lazımi sübutlarının olduğu vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button