İran

Təbrizdə hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir

Son bir gündə Təbrizdə havanın çirklənmə göstəricisi 2,5 mikron zərrələrə əsasən 109-a bərabər olub. Bu durum həssas şəxslərin sağlığı üçün təhlükəlidir. Məsələ ilə bağlı Çevrə Qoruma Baş İdarəsi bilgi verib. İdarə insanları açıq havada işləməkdən çəkinməyə çağırıb. Şərqi Azərbaycan Havaşünaslıq Baş İdarəsinin havanı öngörmə qrupu da durumla bağlı açıqlama verib. “Havanın sabitliyi gələn həftə şənbə gününün sonuna qədər davam edəcək. Bu durum ustanın sənaye şəhərlərində, özəlliklə Təbrizdə havanın keyfiyyətinin azalmasına səbəb olacaq”,-deyə məlumatda qeyd olunub.
Bildirək ki, Güney Azərbaycanın böyük şəhərlərində, özəlliklə Təbrizdə havanın çirklənməsi əhalinin sağlamlığına ciddi ziyan vurur. Bir sıra mərizliklərin geniş yayılmasına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button