İran

İranda zindanlarında daha 5 məhkum edam edildi

İyunun 9-da İran zindanlarında qəsdən adamöldürməkdə ittiham olunan daha 5 məhkum edam edilib.

İran İnsan Haqları Tışkilatının verdiyi xəbərə görə, Kirmanşah zindanında 33 yaşlı Durud Yusifbeygi dar ağacından asılaraq öldürülüb.

Bununla yanaşı Gilan əyalətinin mərkəzi Rəşt şəhərində İbrahim Kərimi adlı çəhkumun barəsində çıxarılan edam cəzası icra edilib.

İlam zindanında isə Xosrov Tarək və Kamal Bəyani Rad adlı məhkumlar qəsdən adam öldürməkdə ittiham olunduqları üçün dar ağacından asılaraq edam ediliblər.

Edamlarla bağlı verilən məlumatda Mazəndəran əyalətinin Amol şəhərinin zindanında daha bir məhkumun, Cavad Əmini adlı şəxsin edam edildiyi qeyd olunub.

İnsan Haqları Təşkilatı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinin zindanında saxlanılan Qılıc Şəkuyi, Məhəmmədrza Qurbani və Vəhid Behəmrah adlı məhkumların isə edam cəzalarının icrası üçün təkadamlıq kameraya köçürdüklərini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button