Azərbaycan

Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib

Mərkəzi küçələrdə çox sayda polis və təhlükəsizlik məmurları yerləşdirilib.

Ələhvaz əyalətində bahalığa qarşı baş qaldıran etiraz aksiyalarından sonra İran hökuməti etirazların yayılmasından ehtiyat edərək Təbriz şəhərində təhlükəsizlik tədbirlərini gücləndirib.

Sosial media fəallarının yaydıqları videolarda əbrizin mərkəzi küçə və meydanarında çox sayda polis və təhlükəsizlik məmurlarının yerlşdirildiyi görünür.

Mayın 6-dan başlayaraq Xuzistanın Əhvaz, Susəngird, Şadiqan, İzə və Behbəhan şəhərlərində bahalığa qarşı etirazlar kütləviləşib.

Yayılan görüntülərdə başda İranın ali rəhbəri Əli Xamneyi olmaqla hökumət başçılarına qarşı şüarlar səsləndirilib, bir neçə şəhərdə İran bayraqları endirilib.

Təbrizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi azərbaycanlıların Xuzistan etirazçılarına dəstək aksiyalarının keçirilməsi ehtimalı ilə bağlıdır.

Bundan öncə 2021-ci ilin iyul ayında Xuzistanda su qıtlığına qarşı başlayan etiraz aksiyalarının Tehran rejimi tərəfindən yatırılması və çox sayda ərəbin öldürülməsindən sonra, xuzistanlı etirazçılara ilk dəstək aksiyaları başda Təbriz olmaqla Güney Azərbaycan şəhərlərində keçirildi.

Related Articles

Bir cavab yazın

Back to top button