Azərbaycan

Urmu gölü çevrəsində şiddətli duz fırtınası başlayıb

Qərbi Azərbaycan əyalətinin çox yerində ekoloji problem yaşanır.

Urmu gölü çevrəsində duz fırtınaları yenidən şiddətləndiyi üçün Qərbi Azərbaycan əyalətinin bir çox yerlərində, özəlliklə yalətin cənub bölgələrində ekoloji problem yaşanır.

Sosial media fəallarının bölgədəki ekoloji problemi əks etdirən videolarında özəlliklə Təsuc-Salmas yolunda duz fırtınası səbəbindən nəqliyyatın hərəkətinin iflic olduğu görünür.

Mütəxəssislər gölün bərpası üçün ciddi tədbirlərin görünməyəcəyi təqdirdə, göl yatağından qalxan duz fırtınalarının bölgədə dahada təhlükəli ekoloji problemlər yaradacağı və milyonlarla insanın məcburi köçünə səbəb olacağı barədə xəbərdarlıq edirlər.

Özəlliklə son günlər bölgədə baş verən duz fırtınaları nəticəsində başda Urmu şəhəri olmaqla Qərbi Azərbaycan əyalətinin bir neçə şəhərində hava çirkliliyi təhlükəli səviyyəyə çatıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button