AzərbaycanİranMəqalələr

Təbrizdəki türbə və məqbərələr – İki Kamal və Şeyx Məhəmməd Siyapuş məqbərələri

İki Kamal məqbərəsi XIV-XV əsrlərdə yaşamış alim Kəmaləddin Məsud Хосәndiyə aid tarixi abidədir.

O, ilk dəfə Təbrizi həccə gedişi əsnasında görmüşdür. Xocəndə qayıtdıqdan sonra vətənə qayıtmamaq qərarına gəldi və Təbrizdə qalmağa üstünlük verdi. Bunun səbəbi isə Təbrizdə ictimai həyatın inkişaf etmiş olması, təhsil-elm insanlarının toplanıb irfan məsələlərini müzakirə etmək imkanı və şəhərin digər şəhərlərə nisbətən daha sakit olması idi.

Kamal Xocəndi ömrünün sonuna qədər Təbrizdə yaşamış və burada vəfat etmişdir. Məzardaşına iki sətirlik bir şeir yazılmışdır. Bu qəbiristanlıq Vəlyan dağında yaşıllıq və ağaclarla dolu bir bağa malikdir və çox baxımlı olduğu üçün adı Cənnət bağı olaraq xatırlanmışdır.

Şeyx Məhəmməd Siyapuş məqbərəsi Təbrizin Münəccim prospektində yerləşir. Abidə XVI əsrdə inşa edilmişdir. Məqbərənin sahibi Şah İsmayıl Səfəviyə yaxınlığı ilə tarixdə qalmışdır.

#Tarix

Related Articles

Bir cavab yazın

Back to top button