İran

Xudafərində boşanmaların sayı artıb

Xudafərin vilayətinin fərmandar müavini ölkə üzrə boşanma məsələsinin ictimai bir asib olduğunu bildirib. Mehdi Hatəmi Xudafərində də boşanma amarında artım qeydə alındığını açıqlayıb. O, vilayətin yaşam olaylarının səbt edilməsi ilə bağlı keçirilən toplantıda bu ilin 10 ayında 56 boşanma faktının qeydə alındığını bildirib. Bu da ötən illə müqayisədə yüzdə 51 artım olduğunu göstərir. Ortalama boşanma yaşı 30-dan aşağı olub. Hatəminin sözlərinə görə, bu il 10-14 yaş aralığında 37 qız evləndirilib. İlin ilk 10 ayında vilayət üzrə 293 evlənmə, 357 doğum, 223 ölüm səbt olunub. Qızların ortalama evlənmə yaşı 15-19, oğlanların isə 20-30 arasında olub. Hatəmi vilayətdə azyaşlılara qoyulan adlar barədə də açıqlama verib. O, qızlara əsasən Zəhra, Elay, Fatimə, oğlanlara isə Əli, Əbülfəz və Araz kimi adların verildiyini deyib. Xudafərin vilayətinin fərmandar müavini sözlərinin sonunda ictimai asiblərin qarşısını almaq üçün təhsil, tərbiyə və gənclərin maarifləndirilməsinin gərəkliliyini bildirib. İdarələri bu barədə işlər görməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button