Azərbaycan

Təbrizin Tibb Universitetinin müəlimlərinin etirazı nəticəsində molla istefa verdi

Tibb Universitetinin müəllimləri və sosial media istiadəçilərinin etirazı nəticəsində Hüseyn Cəlayi Nobəri istefa verməyə məcbur olub.

Tbriz Tibb Elmləri Universitetinin tibb fakültəsinin rəhbərliyinə molla Hüseyn Cəlayi Nobərinin təyin olunmasından sonra Universitet müəllimləri, öyrənciləri və sosial media istifadəçilərinin geniş etirazlarından sonra o yeni vəzifəsindən istefa verməyə məcbur olub.

“İran İslam Respublikasının müqəddəs quruluşunun ali mənafeyinə riayət etmək və hökumətin bədxahlarının onun xidmətçilərinə qarşı qərəzli hücumlarının qarşısını almaq üçün yeni elmi vəzifəmdən istefa ilə bağlı ərizəmi təqdim edirəm”-deyə, Cəlayi bildirib.

Etirazların çoxalması nəticəsində İranın səhiyyə naziri Eynullah Bəhrami məsələyə münasibət bildirməyə məcbur olub və yayınladığı mesajda təyinatın yanlış olduğunu deyib.

“Tibb sahəsinin xüsusi vəzifələrini nəzərə alaraq, bu sahədə hər hansı vəzifəyə təyin olunan şəxslərin Tibb Universitetinin məzunları arasından seçilməsi lazimdir”-deyə, səhiyyə naziri qeyd edib.

Qeyd edək ki, bir günlüyünə Təbriz Tibb Universitetinin tibb elmləri fakultəsinin rəhbərliyinə təyin olunan Nobari tibb elmləri fakültəsinin dekanı seçilməzdən əvvəl universitetdə islamşünaslıq kafedrasının dosenti və Təbrizdəki “Cəmkəran” məscidinin nümayəndəliyinin məsulu olub.

Tibb sahəsində heç bir təhsili olmayan axundun radiologiya, anesteziologiya, laboratoriya elmləri və əməliyyat otağı şöbələri kimi fənlər üzrə tələbələrə təhsil verən paramedikal elmlər fakultəsinin başına gətirilməsi universitet müəllimləri və öyrəncilər tərəfindən narazılıqla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button