İran

Səccad Dədədcani yanacaq qaçaqçılığına nəzarətin zəruriliyindən danışıb

“Bazərqan mərzindən çıxan yük maşınları yanacaq satışından gündəlik 300-500 milyon tümən gəlir əldə edirlər. Bu duruma nəzarət edilir. Qərbi Azərbaycan vilayətində hər il 200 milyard tümən yanacaq qaçaqmalçılığının qarşısı alınır. Həmin məbləğ dövlətin xəzinəsinə köçürülür”. Bu sözləri Qərbi Azərbaycan Əyaləti Baş Təftiş Sazimanın başçısı Səccad Dədəcani deyib. O, bildirib ki, yük maşınlarının bəziləri İrandan Türkiyəyə yanacaq daşıyır və çox aşağı qiymətə satırlar. Vəzirlər Heyətinin qərarına əsasən maşınlar mərzin sıfır nöqtəsində təftiş olunmalıdır. Ancaq mərz həngi və nəft şikəti tərəfindən nəzarət edilmir. Səccad Dədəcaninin sözlərinə görə, durumla bağlı toplantı keçirilib. Nəhayət, yanacağa nəzarət işləri ilə bağlı fəaliyyətə başlanılıb. Əyalətin Baş Təftiş Sazimanı nəzarətini davam etdirəcək. O, qeyd edib ki, əyalətin başqa mərz terminalları da təftiş ediləcək. “Təmərçin gömrüyündə bu duruma az rastlanır. Əyalət üzrə yanacaq qaçaqçılığı nəzarətə və təftişə götürüləcək. Bu nəzarət dövlətin göstərişinə uyğun olaraq gömrük, mərz həngi və nəft şirkətinin ortaqlığı ilə baş tutacaq. Ancaq ortaq nəzarət yaxşı aparılır. Məsullardan xahiş edirik ki, Əyalətin Baş Təftiş Sazimanı ilə gərəkən işbirliyi etsinlər”,-deyə Səccad Dədəcani vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button