İran

İraqda 100 iranlı həlak olub

İranın İraqdakı səfiri Məhəmməd Kazim Ali Sadiq "Ərbəin" mərasimi zamanı 100 İran vətəndaşının həlak olduğunu deyib.

Sentyabrın 18-də “İSNA” xəbər agentliyinə açıqlama verən səfir, onların yol qəzaları, xəstəlik və qocalıqdan öldüklərini söyləyib.

Ali Sadiq bununla yanaşı bir neçə iranlının İraqda itkin düşdüyünü və onların axtarışlarının davam etdiyini bildirib.

Bundan bir neçə gün öncə İran Təcili Yardım Mərkəzinin başçısı Müctəba Xalidi 13377 iranlının günvurma nəticəsində vəziyyətinin ağırlaşdığını deyib

Related Articles

Bir cavab yazın

Back to top button