Azərbaycan

Təbrizli milli fəal Kərim Boksor mülki geyimli şəxslərin hücumuna məruz qalıb

Tanınmış təbrizli milli fəal və idmançı Kərim İsmayılzadə (Kərim Boksor) mülki geyimli təhlükəsizlik məmurlarının hücumuna məruz qalıb.

Bu barədə güneyli milli fəallar məlumat yayıb.

Məlumata görə, hadisə yanvarın 13-də Təbrizin Qaraməlik məhəlləsində baş verib.

Bir neçə mülki geyimli şəxs fəalın avtomobilini saxlayıb,  onun sol qoluna naməlum mənşəli iynə vurublar.

Bundan sonra Kərim İsmayılzadə şiddətli qanaxma nəticəsində huşunu itirib.

Ətrafda olan insanlar milli fəalı  Təbrizin “İmam Rza” xəstəxanasına çatdırıb.

İsmayıl Kərimzadə bundan öncə social mediada etdiyi paylaşımlara və fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.

 

12 dekabr 2021-ci ildə Kərim İsmayılzadə Urmu gölü ilə bağlı etdiyi etiraz paylaşımına görə, təhlükəsizlik məmurları tərəfindən saxlanılıb, elektron dəyənəklə döyülmüş və boyun nahiyəsindən ağır xəsarət aldığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Related Articles

Bir cavab yazın

Back to top button