Dünya

“Taliban” 2016-cı ildən ilk dəfə Əfqanıstanda əyaləti ələ keçirib

“Taliban” hərəkatının döyüşçüləri son beş ildə ilk dəfə Əfqanıstan əyalətlərindən birinin idarəçilik mərkəzini tutub. Talibanın silahlıları İranla sərhəddəki Nimruz əyalətinin mərkəzi Sarancı ələ keçiriblər.
“ANT” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Nimruzun ustandarının muavini Ruhqul Xeyirzad bildirib. O, qeyd edib ki, Saranc bütünlüklə “Taliban”ın əlinə keçib.
Millət vəkili Əhməd Nurzadın sözlərinə görə, “talibançılar” şəhərdəki bütün idarəçilik binaları tutublar.
O, artırıb ki, Saranc “talibançılar”a döyüşsüz verilib. Şəhər təhlükəsizlik qüvvələrinin fəaliyyətsizliyinə görə düşmənin əlinə keçib.
Numayəndənin sözlərinə görə, “taliblər”in gəlişindən sonra yüzlərlə ailə İranın ərazisinə keçmək üçün bu ölkə ilə sərhədə yollanıb.
“Taliban” bəyanatına əsasən, qruplaşma Nimruz əyalətinin bütün ərazisinə nəzarət edir. Əhalinin dediyinə görə bu hücumda bir çox binalar və yüzlərcə cild Quran yandırılıb.
“Radikal hərəkatın silahlıları sonuncu dəfə 2016-cı ildə Əfqanıstanda əyalətin paytaxtını tutmağa müvəffəq olub. Həmin vaxt Qunduz əyalətinin idari mərkəzi silahlıların əlinə keçib. Amma bu, uzun sürməyib.

 

Related Articles

Bir cavab yazın

Back to top button