Dünyaİran

Kanada İslam İnqilab Məhkəməsinin yeddi hakiminə sanksiya tətbiq edib

Kanadanın xarici işlər naziri Mélanie Joly bazar ertəsi, iyunun 20-də bildirib ki, bu ölkə İslam İnqilabı Məhkəmələrinin 7 hakiminə “insan hüquqlarının kobud və mütəşəkkil şəkildə pozulmasında”ki roluna görə sanksiya tətbiq edib.

Kanadanın xarici işlər naziri bununla bağlı yayımladığı bəyanatda bildirib ki, İslam İnqilabı məhkəmələri İnqilab Keşikçiləri və Kəşfiyyat Nazirliyinə bağlı bir qurum olaraq saxta məhkəmələrdən sonra edam hökmləri və qəddar həbslər və işgəncə verməklə tanınırlar.

Kanada tərəfindən bu yaxınlarda sanksiya tətbiq edilən yeddi hakim arasında İsfahan İnqilab Məhkəməsinin hakimi Murtəza Bərati, Məşhəd İnqilab Məhkəməsinin hakimi Hadi Mənsuri, Kərəc İnqilab Məhkəməsinin hakimi Musa Asif Əl-Hüseyni, Şiraz İnqilab Məhkəməsinin hakimi Seyid Mahmud Sadati, Şiraz Cinayət Məhkəməsinin hakimi Mehrdad Təhmtən, Mohammad Moqiseh, İran Ali Məhkəməsinin və Tehran İnqilab Məhkəməsinin Hakimi və Heydər Asiyai Gorgan İnqilab Məhkəməsinin hakiminin adları vardır.

Kanada Xarici İşlər Nazirliyinin dərc etdiyi bəyanatda qeyd edilir ki, bu şəxslərin Kanadadakı varlıqlarına əl qoyulur və Kanada qurum və şirkətlərinin bu şəxslərlə hər hansı alveri qadağandır.

Bu bəyanatda həmçinin deyilir ki, “İran xalqının əsas hüquq və azadlıqlarının kobud və sistematik şəkildə pozulması” səbəbindən bu şəxslərin Kanadaya girişinə icazə verilməyəcək.

Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, bu ölkə öz xalqının haqlı narazılığına cavab vermək, insan hüquq və azadlıqlarına hörmət etmək üçün İran rejiminə təzyiqlərini davam etdirir.

Related Articles

Bir cavab yazın

Back to top button