İdman

Tatarıstan Prezidenti “Traktor”u təbrik edib

“Traktor” klubunun saytında yerləşdirilən məlumata əsasən, Tatarıstan prezidenti Rüstəm Minixanof bu timi qəhrəman olması münasibəti ilə təbrik edib.
Prezident Minixanof Məhəmməd Riza Zunuzuni şəxsən təbrik edib. “Traktor” kimi mötəbər bir timdə yaratdığı səmimiliyi, fədakarlığı yüksək qiymətləndirib. “Sizə cansağlığı və “Traktor” timinə qarşıdakı camlarda və beynəlxalq yarışlarda daha çox uğurlar arzulayıram”, – deyə qeyd edib.

Xatırladaq ki, Tatarıstan Rusiya tərkibində olan türk cumhuriyyətlərdəndir ki, bu bölgədə “Traktor”u izləyən çox tamaşaçı var.

Related Articles

Bir cavab yazın

Back to top button