İran

TEHRANDA BAŞ VERƏN PARTLAYIŞLA BAĞLI 4 NƏFƏRİN HƏBS QƏRARI VERİLDİ

Tehran önləyici Polisinin rəisi Keyvan Zəhiri, Sina Əthər Klinikasında baş verən partlayış və yanğınla ilgili olaraq 4 nəfər üçün həbs qərarı verildiyini açıqlayıb.
Xatırladaq ki, Urjans idarəsinə görə, partlayış zamanı ən az 19 nəfər ölüb, 14 nəfər yaralanıb.

Mətbuatda yayınlanan raporlara əsasən, ölənlərdən 18 nəfərin ölüm səbəbini təyin etmək üçün Pezeşk qanuniyə göndərilib. Mərizxanaya köçürülən yaralılardan bir nəfəri isə həyatını itirib.

Artıraq ki, baş verən partlayış və yanğınla bağlı hadisənin dəqiq səbəbi hələlik açıqlanmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button