İranSağlıq & Yaşam

Tehranda koronavirusun “Britaniya ştammı” təhlükə saçır

Tehranda koronavirusun “Britaniya növü” sürətlə yayılmaqda davam edir. Bu barədə Tehran Əyalətinin Koronavirusla Mübarizə Sitadının Müalicə İşləri üzrə müavini Nadir Təvəkküli bildirib. Onun sözlərinə görə, bayram ərəfəsində insanların ictimai məkanlarda daha sıx toplaşması və alış-veriş mərkəzlərinə üz tutması virusun sürətlə yayılmasına səbəb olub. İlkin ehtimallara görə, bayramla ilgili olaraq Tehran və Təbrizə səfərlərin daha da artacağı gözlənilir. Bu məqsədlə mərizxanaların ICU bölmələrində yerlərin sayı artırılıb. Özəlliklə, 10 yaşdan aşağı uşaqlar üçün ayrılmış bölmələrdə yerlərin sayı yüzdə 11 artırılıb.
Qurum rəsmisi Nadir Təvəkküli əhaliyə xəbərdarlıq edərək şəxsi behdaşti qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button