İran

Tehranın Şəhran məntəqəsində partlayış olub

Tehranın Yanğınsöndürən İdarəsinin sözçüsü Cəlal Məliki bildirib ki, Tir ayının 24-ü “səhər tezdən Şəhranda eşidilən partlayış səsi şəhər qazının sızmasından baş verib. Nəticədə 3 ticarət vahidində dağıntıya və bir qadının yanmasına səbəb olub. Partlayış səhər saat 00:58 dəqiqədə, Tehranın batısında yerləşən Şəhranın beş təbəqəli və 63 vahidli bir ticarət binasının ikinci təbəqəsində olub və 3 vahid dağılıb, 35 yaşlı bir xanımın yandığına görə mərizxanaya çatdırılıb.”
İctimai şəbəkə istifadəçilərinin yaydığı videoda bu bölgənin sakinləri deyir ki, partlayış Əfra Binasında yerləşən Nancu Mağazasında olub.
Yanğınsöndürmə İdarəsinin Arama-qurtarma niruları, partlayış səsi eşidiləndən bir neçə dəqiqə sonra hadisə yerinə çatıb, həmin binanı təhlükəsiz etmə işləri ilə məşğul olublar.

Related Articles

Bir cavab yazın

Back to top button