İran

“The Jerusalem Post”: İran İsrailə qəfil hücuma hazırlaşır

İran rejimi özünün yeni raket və dronlarını sınaqdan keçirmək üçün İsraillə yeni müharibəyə başlamaq niyyətindədir.

“Aznews tv” xəbər verir ki, İsraildə dərc olunan “The Jerusalem Post” qəzetinin məlumatına görə, İranın bəzi ərəb ölkələrinin liderləri ilə İsrail arasında keçirilən “Negev Toplantısı”ndan narazılığına dair əlamətlər var. Bundan qaynaqlanaraq, İranın bölgədə güc nümayişinə ehtiyacı var və Həmas və dəstəklədiyi digər proksi (niyabəti) qruplaşmalardan istifadə edərək Ramazan ayında İsrailə qarşı müharibəya başlamaq fikrindədir.

Məlumata görə, aprelin 4-də Həmas və digər proksi qruplaşmalar Ramazan ayı başlayandan bəri Qüdsdə fələstinlilərlə İsrail arasında gərginliyi artırıb.

Həmas qruplaşmasına yaxın media qurumları bazar günü axşam İsrailin xarici işlər naziri və digər dövlət rəsmilərinə qarşı gərginliklə nəticələnən təhrikedici addınlara əl atıblar.

Qeyd edək ki, İran bölgədə bir sıra proksi qruplaşmaları dəstəkləyərək həm region, həm də dünya üçün böyük təhdid yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button