İran

Tikantəpənin tarixi karvansarası

Tikantəpə karvansarasının çox sayda qədim hücrəsi yerli olmayan şəhrdari Naseh Məhəmmədxaninin əmri ilə dağıdılıb. Bildirək ki, Naseh Məhəmmədxani Divandərə şəhərində doğulub və kürd teror qruplarının tərəfini saxlayan bir şəxsdir. Bir müddət öncə o, Tikantəpədə Pejakın Loqosunu quraşdırıb və şəhərin Böyüktəpə bölgəsinin adını dəyişdirməyə çalışıb. Bu cəhd etirazlara səbəb olub. Rüşvətalmaq ittihamları ilə 8 ilədək zindana məhkum edilən Tikantəpə Şəhər Şurasının rəisi Hüseyn Mikaili onun əsas dəstəkçisidir. Tarixi Qacarlar dönəminə çatan bu bazar Azərbaycanın Əfşar bölgəsi xanlarının göstərişi ilə təbrizli memarlar tərəfindən tikilib. 120 illlik tarixi tikili sonralar qaraja çevrilib. 1399-cu ilin xurdad ayında Tikantəpə Fərhəngi Miras İdarəsinin rəisi Əmir Mətlubi bildirib: “Tikantəpə şəhrdarisi tarixi bazarın mağazalarının dağıdılmasını tapşırmadan öncə Fərhəngi Miras İdarəsindən icazə almalıdır. Yeni mağazaların tikilməsi üçün tarixi tikililərin dağıdılması nigaranlıq doğurur. Hər ay Tikantəpənin tarixi bazarında 2 tükan sökülür. Bazarda bir neçə il ərzində 40 tarixi tükanla tikili dağıdılıb. Bazarın tarixi tikililərinin sayı 230-dan 190-a enib. 50 tükanda təmir işləri görülüb. Bazardakı tikililərin dağıdılması Tikantəpənin qədim memarlıq abidələrinin qorunmasına mənfi təsir göstərir”

Related Articles

Bir cavab yazın

Back to top button