Azərbaycan

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür.

Belə ki, 2020-ci ilin juiyyənin 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sınırının Tovuz rayonu yönündə atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Tovuz döyüşlərinin ilk günündə düşmən təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun 3 nizami qulluqçusu – quruhban Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə yüksəlib, daha 5 nəfər yaralanıb. Yaralı əsgərlərdən biri daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib. Döyüşlər zamanı Ermənistan ordusu çoxsaylı itki verib. Tovuz döyüşləri juiyyənin 14-ə qədər davam edib. Belə ki, düşmən juiyyənin 14-ü səhər saatlarından başlayaraq Tovuz şəhristanının Ağdam və Əlibəyli kəndlərini ağır silahlardan və topxana qurğularından atəşə tutub. Düşmənin təxribat yönlü hücumu nəticəsində Azərbaycan Ordusunun jeneral Polad Həşimov, sərhəng İlqar Mirzəyev və eləcə də hücumun qarşısını alarkən daha 5 nizami qulluqçu şəhid olub. Ermənistanın hücumları nəticəsində şəhristanın Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib. Tovuz döyüşləri juiyyənin 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 nizami qulluqçusu – jeneral Polad Həşimov, sərhəng İlqar Mirzəyev, Namiq Əhmədov, Anar Novruzov, Rəşad Mahmudov, İlqar Zeynallı, Yaşar Babayev,Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub. 2020-ci ilin septambrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanılıb. 44 gün davam edən Vətən savaşı nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib. Prezident İlham Əliyevin 2020-ci ilin desambrın 9-da imzaladığı qərarlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib.

Related Articles

Bir cavab yazın

Back to top button