Bölgəİran

Tramp ABŞ səfirliyinə təşkil edilən hücuma görə İranı günahlandırdı

Donald Tramp ABŞ-ın İraqda yerləşən səfirliyinə təşkil edilən hücumda İranı günahlandırıb.

Bu haqda ABŞ Prezidenti özünün “Twitter” hesabında yazıb.

“İran Birləşmiş Ştatların müqavilə ilə xidmət aparan hərbçisini öldürüb, çoxlu sayda yaralılar var. Biz qətiyyətlə cavab verdik və belə etməkdə davam edəcəyik.

İndi İran ABŞ-ın İraqda yerləşən səfirliyinə hücum təşkil edir. Onlar məsuliyyətə cəlb olunacaqlar. Eyni zamanda biz gözləyirik ki, İraq ABŞ səfirliyin müdafiəsinə öz silahlı qüvvələrini cəlb edəcək, onlar artıq məlumatlıdırlar”, – deyə D.Tramp yazısında qeyd edib.

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdadda yerləşən səfirliyi önündə aksiya keçirilib. Nümayişçilər səfirliyin binasına hücum ediblər. Onlar 29 dekabr ABŞ hərbi hava qüvvələrinin İraq ərazisinə həyata keçirdiyi aviazərbələrə etiraz edir.

Related Articles

Bir cavab yazın

Back to top button