Azərbaycan

Bakı 2019-cu illə vidalaşır – FOTOLAR

2020-ci ilin gəlişinə az qalır. Şəhərin bütün küçələrində bayram əhval-ruhiyyəsi duyulur. Şam ağaclarının üzərinə asılan rəngarəng işıqlar, zərlər Yeni ilin gəlişinə az qaldığını xatırladır.

Xüsusilə Dənizkənarı bulvar ərazisində, “Azneft” dairəsində quraşdırılan böyük yolka ağacı nəinki uşaqların, böyüklərin, eləcə də, turistlərin əhval-ruhiyyəsini yüksəldir. Yolka ağaclarının yanında isə Yeni ilin ilk qonaqları sayılan Şaxta baba və Qar qız uşaqları bir anlıq nağıllar aləminə aparır.

Qeyd edək ki, bu 2020-ci il siçan ilidir. Yeni ilin gəlişi isə hər zaman yenilənmə və yeni dövrün başlanğıcı hesab olunur. Onu da nəzərinizə çatdıraq ki, Yeni il axşamı şəhər sakinlərini bir-birindən maraqlı, möhtəşəm bayram proqramları gözləyir.

Related Articles

Bir cavab yazın

Back to top button