Dünya

TRAMP: AMERİKADA VİRUSDAN ÖLƏNLƏRİN SAYI AZALIB

Amerika Prezidenti Donald Tramp ölkədə koronavirusdan ölənlərin sayının azaldığını bildirib. O, bu barədə özünün “Tuiter” səhifəsində yazıb.
“Çin virusuna tutulma hallarının sayı yetərli test üsulu sayəsində artır, bununla yanaşı, virusdan ölənlərin sayı azalır. Yalan xəbərlər bu barədə sizə məlumat verməyi sevmir”, – deyə Tramp bildirib.
Amerikanın bir neçə əyalətində mərizlərin sayı ciddi dərəcədə artmaqdadır. Ötən gün – Florida, Teqzas, Oklahama, Güney Karolina və Kaliforniyada – çox sayda koronavirusa tutulma halının olduğu bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button