Amerika prezidentliyinə namizəd Donald Trampın seçki kəmpeyni çərçivəsində Pensilvaniya əyalətinin Allentoun şəhərində seçicilərlə görüşü baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan Nyu-York Əncüməninin rəhbəri Elcan Yerdələnlinin dəstəyi ilə buraya toplaşan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etiraz ediblər. Etiraz zamanı Azərbaycanın qeyri-nizamilərinin atəşə tutulması, günahsız körpələrin öldürülməsinə diqqət cəlb edilib. Soydaşlarımız meydana plakatlar gətirib və Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar.