İran

Türk qadınlarının ədalət uğrunda mübarizəsi

İranda əhalinin ədalət üçün savaş aparması uzun bir tarixə söykənir. İstər Şah hakimiyyəti sistemində, istərsə də İslam Cümhuriyyəti dönəmində insanlar ədalətli yaşamaq üçün uzun illərdir mücadilə veriblər. Ancaq qeyri-farslar və qadınlar daha çox ayrı-seçkiliyə məruz qalıblar. Məsələn, türk qadınları insani haqlarına ulaşmaq, habelə adil bir həyat üçün daha böyük çətinliklərlə qarşı-qarşıladırlar. Özəlliklə 1357-ci il İslam Cümhuriyyətindən sonra şəriət qanunlarının idarəçiliyə gətirilməsi qadınların geyim azadlığını da məhdudlaşdırıb. Bu hal hakimiyyətin bərqərar olduğu ilk illərdə kütləvi etirazlara səbəb olsa da, qadınlar bu haqlarının bərqərarı yönündə bir nəticə əldə edə bilməyiblər. Sonrakı illərdə isə davamlı etirazların keçirilməsi İranda ciddi bir siyasi böhrana gətirib çıxarır. Ancaq bu məqamda da fars olmayan qadınlara qarşı ağır basqı siyasəti həyata keçirilir. Bunun nəticəsidir ki, bu gün Güney Azərbaycanda qadın hərəkatının keçirilməsinin qarşısında ciddi müşküllər durur. Belə demək mümkünsə, günümüzdə türk qadınının ədalətli və tərəfsiz hüquqi sistem altında yaşaması üçün daha ağır mücadilə aparması lazım gəlir. Çünki həm İran hakimiyyəti, həm də fars milliyyətçiliyi toplumun gəlişməsinə ciddi mənada mane olur, bir sıra sansurlar tətbiq edir. Nəticədə fars olmayan qadınlar azadlıq səslərini geniş ictimaiyyətə çatdıra, istəklərini dilə gətirə bilmirlər.
Son illər mərkəzçi fars fəalları hicabın zorunlu olması ilə bağlı kəmpeyn başladıblar. Bu kəmpeynlərin özəlliklə böyük şəhərlərdə tətbiqi insanların azadlıq səsinin necə kəsildiyini deməyə əsas verir. Bu kəmpeynin başladılmasına tərəfdar olan şəxslər arasında qeyri-farslara təsadüf etmək mümkün deyil.
Heç şübhəsiz ki, siyasi sistemlə bərabər toplumun qadınlara olan baxışı onların azadlıqlarında öz təzahürünü tapmaqdadır. Yəni siyasi sistem və qanunlar toplumu adil bir yola yönləndirməlidir.
Qeyd edək ki, Güney Azərbaycan toplumunda qadın haqları tarixi kültürə sahibdir. Ancaq mövcud rejim bu kültürün gözardı edilməsinə yönəlib. Bu kültürün oluşmasında hakimiyyətin qoyduğu yasalar önəmli yerə sahibdir. Güney Azərbaycan Hərəkatı bu gün qadın haqları qonusunda İranda önəmli hərəkatlardan hesab edilir. Bu xüsusda qadınların stadionlara getməsi yönündə atılan mütəşəkkil addımları vurğulamaq mütləqdir. Hər zaman olduğu kimi, bu gün də Güney Azərbaycan Hərəkatı qadın hüquqlarının təminatı və qorunması uğrunda bütün çabalarını birləşdirib.

Related Articles

Bir cavab yazın

Back to top button