Dünya

TÜRKİYƏ RUSİYA SİLAHLARININ ƏN ÖNƏMLİ ALICILARINDANDIR

Hazırda Türkiyənin Rusiyadan müdafiə məhsulları sifarişləri zərfi 1 milyard Amerika dolları həcmindədir. Bu barədə “Ekotürk TV”nin canlı efirində Rusiya Federal Nizami Texniki Əməkdaşlıq Xidmətinin rəhbəri Dmitri Şuqayev bildirib.
Rusiya rəsmisi, həmçinin Türkiyənin Rusiya silahları və nizami texnikası alıcıları arasında TOP-5-ə daxil olduğunu, bunun daha çox “S-400” hava müdafiə sistemlərinə dair imzalanmış sazişin nəticəsi olduğunu deyib.
Qeyd edək ki, indiyədək Rusiyanın Türkiyəyə nizami məhsullar satışına dair müqavilələrinin həcmi rəsmi şəkildə açıqlanmamışdı.

Related Articles

Bir cavab yazın

Back to top button